QARA DASTAN
Kimsə bilməz Tanrıdağ’ın yaşını,
Duman almış Altaylar’ın başını,
Uçurmuşdur başdan dövlət quşunu,
Sərvətinə üz çevirmiş zaman hey…
Qoca Türk’ün düşdüyü hal yaman hey…
Dörd bir yana dağılmış Türk soyları,
Sönmüş ocaq, köçüb getmiş boyları,
Dərdli-dərdli axar bozqır çayları,
Saxlar içdən gizli ümid, güman hey…
Qoca Türk’ün düşdüyü hal yaman hey…
Ağ alnına qara yazı yazılmış,
Yaylalarda düyün-dərnək pozulmuş,
Gəlinlərin gur saçları çözülmüş,
Yada qalmış, dilər eldən aman hey…
Qoca Türk’ün düşdüyü hal yaman hey…
Dağdan-dağa çarpıb getmiş doğanlar,
Qayalarda izi qalmış al qanlar,
Ordulara buyruq verməz İlhanlar,
Harda qalmış "set"lər yıxan fərman hey…
Qoca Türk’ün düşdüyü hal yaman hey…
Xarab olmuş Buxarası, Başkəndi,
Matəm tutmuş Səmərqəndi, Daşkəndi,
Kəndi söylər, tökər gözdən yaş kəndi,
Nə ozan var, nə yazan, nə şaman hey...
Qoca Türk’ün düşdüyü hal yaman hey...
Qazan, Başqırd batmış, Krım sürülmüş,
Mənim çəkik gözlü yarım sürülmüş,
Qonum-qonşum, bütün varım sürülmüş,
Bulunur mu Sibirya’da iman hey?
Qoca Türk’ün düşdüyü hal yaman hey...
Türk elləri bir-birinə yadlanır,
Qazax, Qırğız, Türkmən, Özbək adlanır,
Azəri Türk yanar, içdən odlanır,
Ana yurdun içdən halı duman hey,
Qoca Türk’ün düşdüyü dərd yaman hey...
Keçən çağlar, yatmış ellər ayılmaz,
Tarım çayı doğru yola qoyulmaz,
Hey... səslənir Amudərya duyulmaz,
Sirdərya’da qalmamışdır dərman hey...
Qoca Türk’ün düşdüyü dərd yaman hey...
Xəzər coşar, xəbər salar Kürünə,
Axıb gedər Kür sürünə-sürünə,
İdil ağlar Altın Ordu yerinə,
Aral da öz varlığından peşman hey...
Qoca Türk’ün düşdüyü dərd yaman hey...
Azərbaycan dərd içində boğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla şair, ağla, yurdun dağılmış,
Nerdə qopuz, nerdə qırıq kaman hey?
Nerdə böyük Vətən, nerdə TURAN hey...
Almas İldırım
Kimsə bilməz Tanrıdağ’ın yaşını,
Duman almış Altaylar’ın başını,
Uçurmuşdur başdan dövlət quşunu,
Sərvətinə üz çevirmiş zaman hey…
Qoca Türk’ün düşdüyü hal yaman hey…
Dörd bir yana dağılmış Türk soyları,
Sönmüş ocaq, köçüb getmiş boyları,
Dərdli-dərdli axar bozqır çayları,
Saxlar içdən gizli ümid, güman hey…
Qoca Türk’ün düşdüyü hal yaman hey…
Ağ alnına qara yazı yazılmış,
Yaylalarda düyün-dərnək pozulmuş,
Gəlinlərin gur saçları çözülmüş,
Yada qalmış, dilər eldən aman hey…
Qoca Türk’ün düşdüyü hal yaman hey…
Dağdan-dağa çarpıb getmiş doğanlar,
Qayalarda izi qalmış al qanlar,
Ordulara buyruq verməz İlhanlar,
Harda qalmış "set"lər yıxan fərman hey…
Qoca Türk’ün düşdüyü hal yaman hey…
Xarab olmuş Buxarası, Başkəndi,
Matəm tutmuş Səmərqəndi, Daşkəndi,
Kəndi söylər, tökər gözdən yaş kəndi,
Nə ozan var, nə yazan, nə şaman hey...
Qoca Türk’ün düşdüyü hal yaman hey...
Qazan, Başqırd batmış, Krım sürülmüş,
Mənim çəkik gözlü yarım sürülmüş,
Qonum-qonşum, bütün varım sürülmüş,
Bulunur mu Sibirya’da iman hey?
Qoca Türk’ün düşdüyü hal yaman hey...
Türk elləri bir-birinə yadlanır,
Qazax, Qırğız, Türkmən, Özbək adlanır,
Azəri Türk yanar, içdən odlanır,
Ana yurdun içdən halı duman hey,
Qoca Türk’ün düşdüyü dərd yaman hey...
Keçən çağlar, yatmış ellər ayılmaz,
Tarım çayı doğru yola qoyulmaz,
Hey... səslənir Amudərya duyulmaz,
Sirdərya’da qalmamışdır dərman hey...
Qoca Türk’ün düşdüyü dərd yaman hey...
Xəzər coşar, xəbər salar Kürünə,
Axıb gedər Kür sürünə-sürünə,
İdil ağlar Altın Ordu yerinə,
Aral da öz varlığından peşman hey...
Qoca Türk’ün düşdüyü dərd yaman hey...
Azərbaycan dərd içində boğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla şair, ağla, yurdun dağılmış,
Nerdə qopuz, nerdə qırıq kaman hey?
Nerdə böyük Vətən, nerdə TURAN hey...
Almas İldırım
Hiç yorum yok:
Yorum Gönder