7 Eylül 2009 Pazartesi

Bir Başka Tepeden



BİR BAŞKA TEPEDEN

Sana dün bir tepeden baktım aziz İstanbul!
Görmedim gezmediğim, sevmediğim hiçbir yer.
Ömrüm oldukça gönül tahtına keyfince kurul!
Sade bir semtini sevmek bile bir ömre değer.

Nice revnaklı şehirler görülür dünyada,
Lakin efsunlu güzellikleri sensin yaratan.
Yaşamıştır derim en hoş ve uzun rüyada;
Sende çok yıl yaşayan, sende ölen, sende yatan.

Yahya Kemal Beyatlı

5 Eylül 2009 Cumartesi

Boz Qurd



BOZ QURD

Şair yuxusuna gül-çiçək girər,
Yenər yuxusuna göydən mələklər.
Yuxumda nə gördüm?!
Onun əlindən.
Nə çəkdim…
İlahi!Bilməyəcəklər.

Hər gecə,hər gecə yuxularımda
Çadırı dağılmış,ocağı sönmüş,
Tanrı qarğışıyla taleyi dönmüş,
Taleyi dönəndən qəm sərhəddinin
Bir ucu günbatan,biri gündoğan-
Dağından,daşından,adamlarından,
Hətta otundan da qəriblik yağan;
Qara torpağına nə toxum əksən,
Yenə də baharda ayrılıq bitən
Bölünə-bölünə yox olub itən-
Sevgili bir yurd.
Sevgili bir yurd-
Hər gecə,hər gecə yuxularımda.

Hər gecə,hər gecə yuxularımda
Bu yurdla yanaşı,bu yurd boyunca
Ulaya-Ulaya dolaşıb gəzən,
Obu,Yeniseyi,İtili keçib
Altaytək,Ağrıtək dağ aşıb gəzən
Üzü mavi,
Gözü göydən daha mavi,
Ağzı atəş kimi bir qurd.
Ağzı atəş kimi bir qurd-
Hər gecə,hər gecə yuxularımda.
Üstümə qəm gələr əjdahalartək,
Yuxumda bir ağız qurd ular,keçər.
Nədənsə həmişə yuxularımdan
Önündə qurd duran ordular keçər.
İndi gizli gəlir yuxuma bir vaxt
Ulaşa-ulaşa ordular basan.
Uluslar,“Bay göllər”,Göyçələr səni
Məndən soruşurlar,Boz qurd,hardasan?!

Gəl,mavi işıqtək ələn başımdan,
Gəl,çıx uğuruma qaba ağactək.
Məni bu yuxudan alıb getməyə
Qaraquş oyunlu boz atlar gərək.
Məni bu yuxudan alıb getməyə
Qaraquş oyunlu boz atlar üstə
Gözündən od yağan övladlar gərək.

Eşidirsinizmi?!-
Qara qazlıq atların
Kişnərtisi gəlir misralarımdan.
Nə olsun səsimə yox qulaq asan?
Dalınca getməyə hazır durmuşam,
Səni gözləyirəm Boz qurd,hardasan?!
Hər gecə,hər gecə yuxularımda,
Üzü mavi,
Gözü göydən daha mavi,
Ağzı atəş kimi bir qurd
Və sevgili bir yurd-
Hər gecə,hər gecə yuxularımda

Şair yuxusuna gül-çiçək girər,
Yenər yuxusuna göydən mələklər.
Yuxumda nə gördüm,Onun ucundan.
İlahi, nə çəkdim…
Bilməyəcəklər.

Rüstem Behrudi